Başlıcaİctimaiyyət

AzTV-də 50-dən çox əməkdaş koronavirusa yoluxub

Yenicag.az saytın əldə etdiyi məlumata görə, AzTV-də 50-dən çox əməkdaş koronavirusa yoluxub.

Yoluxanlar arasında sədr müavini Rafiq Həşimov, AzTV-nin Televiziya və Radio Akademiyasının prorektorları Almaz Mahmud, Ülfət Rəhimova da var. Vəzifəli şəxlərlə yanaşı AzTV-də 50-dən çox şəxsin koronavirusa yoluxduğu deyilir. Rəsmi məlumatlarda isə cəmi altı nəfərin yoluxduğu göstərilir.

Yoluxmanın geniş yayılmasına səbəb isə AzTV-nin operatorlarından birinin koronavirusa yoluxduqdan sonra onu karantinə alıb ancaq onunla ünsiyyətdə olan şəxsləri karantinə almamaları olub.

AzTV-də prorektorlarla, sədr müavini ilə yanaşı aparıcıların, texniki işçilərin də yoluxduğu barədə məlumat əldə etmişik. Görünən odur ki, AzTV karantini ciddiyə almayıblar.

AzTV-də hazırda vəziyyətin çox acınacaqlı olduğu bildirilir. Yoluxma sayı göstərir ki, AzTV hazırda karantinə alınmalıdır.

Daha çox göstər
Back to top button