Başlıcaİctimaiyyət

Ermənistanda daha 759 nəfərdə koronavirus aşkarlanıb

Iyunun 26-da saat 11:00-a olan məlumatlara görə, Ermənistanda daha 759 nəfər koronavirusa yoluxub.

Bu barədə məlumat Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Ermənistanda virusa yoluxanların sayı 23 247-yə yüksəlib.

Qeyd olunub ki, koronavirusda ölənlərin sayı daha 13 nəfər artaraq 410-a çatıb. İndiyədək 12 149 nəfər COVİD-19 infeksiyasından sağalıb. Hazırda Ermənistanda 10 625 aktiv koronavirus xəstəsi var.

Daha çox göstər
Back to top button