Ermənistanda hazırlanan 82 mm-lik qumbaraatan və mərmilər istehsal edən partiya hələ də eksperimental xarakter daşıyır, eyni zamanda seriyalı istehsal da olacaqdır.
Ermənistan tezliklə serial istehsalına başlayacaq. Hökümətin Facebook səhifəsində “Ermənistanda hazırlanıb” mina və mərmiatan bəhs edən video yayılıb.

“Xaricdə istehsal olunanlarla müqayisədə əla nəticə əldə etdik, çünki erməni istehsalı daha daha dəqiq məhv edir, sapmalarımız yoxdur”-deyərək Müdafiə nazirliyinin Hərbi Sənaye Komitəsinin sədri vəzifəsini icra edən Artyom Ğevondyan bildirib.
82 mm-lik qumbaraatanların və mərmilərin partiyası hələ də təcrübi xarakter daşıyır, eyni zamanda seriyallı istehsalı da olacaqdır.

Xatırladaq ki, mayın 14-də hökumətdə keçirilən müzakirə zamanı ER Baş naziri Nikol Paşinyan elan etdi ki,Ermənistanın hərbi-sənaye sahəsinin inkişafı üçün zəruri intellektual və elmi potensialı var və hərbi sənaye gərək ER iqtisadiyyatının aparıcı sahələrindən biri olsun.