Başlıcaİctimaiyyət

Nüfuzlu “Forbes” jurnalı Aleksis Ohanyanın hekayəsi barədə yazıb

“Reddit” sosial və informasiya platformasının həmtəsisçisi Alexis Ohanyan, milli azlıqların, qadınların və afroamerikalıların hüquqları uğrunda mübarizəyə qoşuldu.

Bu çərçivədə nüfuzlu “Forbes” jurnalı “İnternet meri. “Reddit”in qurucusu Alexis Ohanyan necə məzlumların hüquqları uğrunda əsas döyüşçülərdən biri oldu” başlıqla məqalədə Alexis Ohanyanın hekayəsindən yazıb.

“Alexis Ohanyanın 70 milyon dolları və dünyanı dəyişdirmək üçün böyük bir arzusu var ” ,- deyə müəllif Darya Şipaçova yazır. O, həmçinin qeyd edib ki, iyunun 5-də, polis zorakılığı nəticəsində afroamerikalı Corc Floydun ölümündən 10 gün sonra Ohanyan dünyada ədalətsizliklə, ilk növbədə irqçiliklə mübarizə aparmaq üçün Redditdən istefa etdiyini bildirdi.

Direktorlar şurasından çıxaraq keçmiş həmkarlarından onun əvəzinə afroamerikalı namizəd almalarını tələb etdi. Bundan əlavə, iş adamı bildirdi ki, Redditdəki paylarından əldə etdiyi bütün qazancı irqçiliyə qarşı fəaliyyət göstərən qurumlara verəcək.

O,  “Know Your Rights Camp” şirkətinə 1 milyon dollar ianə edərək “Black Lives Matter (BLM)” hərəkatına ilk töhfəsini verib. Bu şirkət afroamerikalı gənclərinə öz hüquqları uğrunda mübarizə aparmağa və polis zorakılığına qarşı durmağa kömək edir

“Mənsubiyyət məsələsi hər zaman Alexis Ohanyanın diqqət mərkəzində idi… özünü “qanunsuz mühacirin oğlu” kimi təqdim edir. Ohanyanın ata nənə və babaları Erməni soyqırımından xilad edərək ABŞ-a qaçıblar (1915-1923-cü illər). O dövrdə türklərin nəzarətində olan ərazilərdə yerli qoşunlar etnik erməniləri öldürürdü. 1.5 milyona yaxın insan qətlə yetirilib. Buna görə də, milli düşmənçilik məsələsi Alexis üçün çox fərdidir”,- deyə məqalə qeyd olunur.

Məqalənin müəllifi yazır ki, Alexis Ohanyanın insanlara inanır. O, inanır ki, söz və sənət azadlığı dünyanı daha da gözəlləşdirir.

2012-ci ildə Alexis Ohanyan “Reddit” istifadəçiləri adından ABŞ hökumətinin “Stop Online Piracy Act” qanun layihəsinə qarşı mübarizə aparıb, bu hadisədən sonra “Forbes” jurnalı Ohanyanı “İnternet meri” adlandırdı. Alexis Ohanyanın iştirakı ilə keçirilən bu müqavimətin nəticəsində qanunvericilər qanun layihəsini qəbul etməkdən imtina etdi.

Daha çox göstər
Back to top button