ArtsaxBaşlıca

AR Prezidenti: “Azərbaycan silahlı qüvvələri tərəfindən işğal edilmiş 1000 kvadrat kilometr ərazinin qaytarılması məsələsi siyasi gündəmimizdədir”

Rəqib tərəfindən Artsax Respublikasının mülki əhalisinə və ərazi bütövlüyünə xələl gətirmək cəhdləri, bizim  silahlı qüvvələrimizin ağır və sarsıdıcı zərbəsiylə  üzləşəcəkdir.

Bu gün Müdafiə Ordusunun komandan heyətinə “Tiqranakert”  hərbi poliqonunu ziyarət edərkən Müdafiə Ordusunun müxtəlif hərbi hissələrinin iştirakı ilə keçirilən taktiki hərbi təlimlərin döyüş atışları mərhələsini izləmək üçün belə bir göstəriş verdim.

Bu haqda Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan öz Facebook səhifəsində yazıb.

“Əvvəlan qələbə qazanan ordunun bir hərbiçisi və baş komandanı olaraq, Azərbaycanın hərbi-siyasi rəhbərliyinə xatırlatmaq istərdim ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş və Azərbaycan Konstitusiyasında təsbit edilmiş təxminən 1000 kvadrat kilometr ərazinin geri qaytarılması məsələsiylə bağlı  bizim siyasi gündəliyimiz davam edir.

Artsax Respublikasının və bütün ermənilər ilə  güc dilində danışmaq cəhdlərinin  bəlli nəticəsi  oldu və mümkün yeni təxribatlar rəqib üçün yalnız geridönməz nəticələr verəcəkdir. Bu gün ordumuzun hazırlıq səviyyəsini və göstərilən nəticələrini görərək bu tapşırığın tam şəkildə yerinə yetirilməsinə bir daha əmin oldum.

 Bölgədəki yeni müharibə böyük bir humanitar fəlakətə səbəb olacaq və bunun üçün bütün məsuliyyəti Azərbaycan hakimiyyəti daşıyacaqdır”-deyərək Artsaxın Prezidenti qeyd edib.

Arayik Harutyunyan yazıya əlavə edilmiş bir video yerləşdirdi.

Xatırladaq ki, iyunun 26-da Artsax  Respublikasının Prezidenti Arayik Harutyunyan Müdafiə Ordusunun “Tiqranakert” hərbi poliqonunda olmuş və hərbi qüvvələrin iştirakı ilə Müdafiə Ordusunun fərqli hərbi hissələri  tədbiqiylə keçirilən taktiki hərbi manevrinin döyüş atışma mərhələsini izləmişdir.

Daha çox göstər
Back to top button