Başlıcaİctimaiyyət

Azərbaycanda koronavirusa yoluxanların yarıdan çoxu Bakının payına düşür

Azərbaycanda koronavirusa yoluxanların yarıdan çoxu Bakının payına düşür.  Koronovirusinfo.az rəsmi İnternet saytında dərc olunan son statistik məlumatlar bunu göstərir.

Əsasən ölkə üzrə yoluxmuş şəxslər arasında Bakının xüsusi çəkisi 53,4% təşkil edir.

Yoluxanlar arasında xaricdən gələnlərin sayı 1,6% təşkil edib.

Bakı rayonlarına gəlincə, Binəqədi (12,9%) və Yasamal rayonları (12,6%) liderlik edirlər. Xətai (11,9%) və Sabunçu ( 11,8%) rayonları onlardan bir qədər geri qalır.

Ümumilikdə, Azərbaycanda koronavirusa 16 424 nəfər yoluxub, onlardan 9026 nəfəri müalicə olunub, 198 nəfəri vəfat edib. Aktiv koronavirus xəstələri 7 200 nəfərdir. 468 967 test keçirilib.

Daha çox göstər
Back to top button
Close