BaşlıcaSiyasət

ER Prezidentinin “Əl Ahram”a müsahibəsi: “Erməni Soyqırımı cinayətinin heç bir keçmiş müddəti yoxdur”

Ərəb dünyasının ən nüfuzlu qəzeti olan “Əl-Əhram” qəzeti (Misir) Ermənistan Respublikasının Prezidenti Armen Sarkisyanla eksklüziv müsahibəsini dərc edib:

 “Erməni Soyqırımının cinayətinin heç bir keçmiş deyilən  müddəti yoxdur. Osmanlılar tarixin ən dəhşətli soyqırımını törətdilər. Bu haqda ER Prezidentinin iş heyətindən məlumatlandırılıb.

Müsahibədə Armen Sarkisyan 1915-ci ilə istinad edib. Ermənistan xalqının qətliamları ilə bağlı tarixi məsələlər və Ermənistan Respublikasının bu istiqamətdə yürütdüyü siyasətə toxunub.

1915-ci ildə baş vermiş  soyqırımına toxunaraq  Prezident qeyd edib ki,insanlıq və siyasətçiliyə qarşı  törədilən  həmin cinayətkarlıqdan bir əsrdən artıq keçib.Lakin, cinayətin nəticələri hələ də özünü hiss etdirir və Ermənistanın normal inkişafına mane olur.

Ermənistan Prezidentinin fikrincə, soyqırımın ilk səbəbi siyasi, digər səbəbi ideoloji idi. “Erməni Soyqırımı nəticəsində ilə ermənilər ata-baba torpaqlarında yaşamaq və öz həyatlarını və öz gələcəyini idarə etmək hüququndan məhrum edildi.

Soyqırımdan sonrakı onilliklərdə Türkiyədə erməniləri  və erməni sivilizasiyasının izləri ardıcıl olaraq məhv edilmişdir.

 Və bu gün bütün dünyada ekstremistlər tərəfindən ayrı-ayrı tarixi abidələrin məhv edilməsini haqlı olaraq qınayırıqsa, ən azı minillik tarixi olan bir xalqın maddi və mədəniyyət abidələrinin vaxtında məhv edilməsini nə qədər şiddətlə qınamalı və məhkum etməliydik?

Bəşəriyyətin Erməni Soyqırımından dərs dərmədiyini  anlamaq  olduqca ağrılıdır.O unuduldu, uzun müddət tanınmamış və cəzasız qaldı ki, o da, bəşəriyyət tarixi ərzində  bu kimi vəhşiliklərin qarşısını ala bilərdi.Bununla da bəşəriyyət o vaxtdan bəri digər soyqırımların şahidi oldu.

Mənim qənaətimcə, Erməni Soyqırımının tanınması  təkcə biz ermənilər  üçün deyil, ilk növbədə ümumbəşəri dəyərlərə yaxınlaşmaq məsələsidir, həmin  şərin qarşısını almaq məsələsidir.

Ermənistanın təşəbbüsü ilə BMT İnsan haqları şurası ənənəvi olaraq soyqırımların qarşısının alınması ilə bağlı qətnamələr qəbul etmişdir.2015-ci ildə isə  BMT Baş Assambleyası tərəfindən dekabrın 9-da Beynəlxalq Soyqırım qurbanlarının xatirəsi və ləyaqəti günü elan edilməsi və Soyqırımın qarşısının alınması ilə bağlı yenidən qətnamə qəbul etdi.

 Buna görə də Soyqırımının tanınması məsələsini ki, ermənilər   beynəlxalq  cəmiyyətin və  Türkiyənin qarşısında qaldırmışdır,  olduqca aktualdır. O bir neçə komponentdən ibarətdir yaddaş borcu, belə bir cinayətin qarşısının alınmasıvə təkrarının istisnası, nəticələrinin  ləğvi”-deyərək Armen Sarkisyan qeyd edib.

Onun sözlərinə görə, Erməni Soyqırımının tanınması məsələsi, Ankara ilə mövcud iqtisadi və ya siyasi maraqlar baxımından nəzərdə tutmaq qəbuledilməzdir.

“Biz bir tərəfdən ksenofobiya, ayrıseçkilik, dözümsüzlük, antisemitizm, Erməni Soyqırımını inkar etmək və digər ümumbəşəri pisliklərə qarşı birgə təsirli bir mübarizə elan edə bilmərik. Digər tərəfdən bu məsələlərdə ”diplomatiya işlədə” bilmərik.

Başqa bir məsələdir Türkiyənin ardıcıllıq edən  hökumətlərinin mövqeyi: O da Soyqırımı tanımamaq və dövlət səviyyəsində inkar siyasətini yürütməkdir.

Bu gün beynəlxalq ictimaiyyət, siyasətçilər və ictimai xadimlər, o cümlədən bir çox türk ziyalısı və ictimai xadimləri, Erməni Soyqırımının tanınması ilə bağlı məsələ qaldırır, ümid edirdilər ki, Türkiyə hakimiyyəti öz tarixinin faciəli səhifələri ilə üzləşəcək və onları dəyişəcəkdir.

Soyqırım cinayətinin heç bir keçmiş deyilən müddəti yoxdur. Erməni Soyqırımının Türkiyə tərəfindən tanınması və nəticələrinin aradan qaldırılması həm Ermənistan, həm də erməni xalqı üçün, eləcə də bölgə üçün təhlükəsizliyin qarantıdır”-deyərək Ermənistan Prezidenti sözlərini yekunlaşdırdı.

Qeyd edək ki, “Əl Ahram” 1875-ci ildə təssislənib . Gündə 1 milyon nüsxədə nəşr olunur.

Daha çox göstər
Back to top button