Başlıcaİctimaiyyət

Erməni qadının əcnəbilərlə evlənməsinə üstünlük verilirmi?

“Qafqaz Tədqiqat Resurs Mərkəzi- Ermənistan” müxtəlif məsələlər haqqında Ermənistan vətəndaşlarının mövqeinə dair Qafqaz Barometr Araşdırmasının nticələrini dərc edib. Tədqiqat 2019-cu ilin fevral-mart aylarında keçirilib.

Araşdırmanın bir qismi isə erməni qadınların digər millətlərin və dini icmaların nümayəndələri ilə evliliyinə aiddir.

Sorğunun nəticələrinə görə, ermənilərin 98 faizi erməni ilə evlənməsinə razıdır, 2 faizi isə qarşıdır. Ermənilərin 39 faizi amerikalılarlar evlənməsinə razıdır, 59 faizi isə razə deyildir.

Azərbaycanlılarla evlənməsinə 96 faizi qarşı çıxıb, 4 faizi isə buna qarşı deyildir. Sorğuda iştirak edənlərin 40 faizi italyalılara evlənməsinə qarşı deyil , 58 faizi isə razı deyil.

İştirakçıların 16 faizi arablarla evlənməsinə müsbət yanaşır, 86 faizi isə buna qarşıdır. Gürcülərlə evlənməsinə 33 faizi razıdır, 65 faizi isə narazlığını bildirib.

Sorğuda iştirakçı ermənilərin 13 faizi iranlılarla evlənməsinə razıdır, 85 faizi isə razı deyil, yəhudilərlə evlənməsinə isə 22 faizi müsbət baxır, 76 faizir isə razı deyil. 22 faizi ruslarlar evlənməsinin lehinə,54 faizi isə əleyhinədir. Türklərlə evlənməsinə 5 faizi razıdır, 94 faizi isə narazıdır.

Daha çox göstər
Back to top button
Close