Başlıcaİctimaiyyət
Ermənistanda koronavirus xəstələrinin sayı 25 mini ötdü
Ermənistanda son sutkada 482 nəfərdə koronavirus aşkarlanıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 25 127-ə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 7 nəfər artaraq 433-ə çatıb. İndiyədək 13 297 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 11 254 aktiv koronavirus xəstəsi var. İndiyədək 110 571 test aparılıb.