BaşlıcaSiyasət

Hərbi ekspert Ermənistan istehsalı olan silahlardan danışıb

Hərbi ekspert Davit Harutyunyan “Suptnik Armenia”-ya müsahibəsində Ermənistan istehsalı olan silahlara, xüsusən də ER baş naziri və müdafiə nazirinin istinad etdiyi minaatanlara toxunub.

O, bildirdi ki, Ermənistan öavsilahlarını istehsal etmək üçün fəal işləyir və ona baxmayaraq ki, minaatan mürəkkəb silah deyil, lakin Ermənistan hərbi-sənaye kompleksinin daha da rəqabətli planları var. Bu isə daha çox texniki qurğular, idarəetmə və radioelektron mübarizə sistemlərinin istehsalı ilə bağlıdır.

“Silahlı Qüvvələrinin bu bloku daha da perspektivli ola bilər. Strateji baxımdan daha böyük əhəməiyyətə sahib ola bilər”,- deyə ekspert bildirib.
Davit Harutyunyanın fikrincə, Ermənistanın hələ də ağır silahlar istehsal etmək imkanı yoxdur, bunun için olduqça baha olan xammal lazımdır.

Bundan əlavə, digər sənaye imkanları da lazımdır. Ekspert onu da bildirib ki, həttə bəzi inkişaf etmiş ölkələr ən mürəəkkəb sistemləri özləri istehsal edə bilmirlər.

“Bu baxımdan məntiqlidir ki, erməni hərbi-sənaye kompleksi özünün şəxsi heyət və maddi ehtiyatları, həmçinin Sövet dövründən qalan təcübədən istifadə edərək öz sxemi hazılayacaq”,- deyə Davit Harutyunyan qeyd etdi.

Ermənistanın hərbi texinaksına toxunan ekspert qeyd etdi ki, tüfəng istehsalı fabrikasının açılması çox əhəmiyyətli idi.

Onun sözlərinə görə, bəzi erməni silahları beynəlxalq bazarda rəqabətli olacaqlar, çünki keyfiyyəti və qiyməti baxımdan uyğun esab olunur. Qeyd etmək lazımdır ki, bu bazarda çox aqresiv rəqabət var.

Daha çox göstər
Back to top button