
Azərbaycan diktatoru İlham Əliyev sərsəmliklə dolu bir nitq söyləyib və burada Ermənistanın keçmiş və indiki hakimiyyətlərinə toxunmaqla öz çirkin gündəmini irəli aparmaq naminə bizim və keçmiş hakimiyyətlər arasında mövcud mübahisələr barədə təhrifedici ifadələrdən istifadə etməyə can atıb.
Bundan sonra Serj Sarkisyan da öz növbəsində bəyanat yayaraq onu tamamilə və bərabər dərəcədə İlham Əliyevi və Nikol Paşinyanı tənqid etməyə həsr etmişdir.
Mən Serj Sarkisyanın səhvini təkrarlamayacağam, sadəcə Ermənistanın iqtisadi, sosial və hərbi inkişaf yolunu tutmuş demokratik bir dövlət olduğunu söyləyəcəyəm. Və hər hansısa diktatorun fikrindən keçməsin ki, öz neftli burnunu bizim ölkəmizin işlərinə qarışdırsın yaxud bizimlə təhdid diliylə danışsın.Mətn “1-ci Xəbərlər”ə məxsusdur.