Başlıcaİctimaiyyət

“Təcili yardım”ın Səhiyyə Nazirliyinə qaytarılması TƏBİB-in qeyri-peşəkarlığının göstəricisi ola bilər”

İyunun 17-də Azərbaycanda bir sutka ərzində 329 yeni koronavirus xəstəsi qeydiyyata alınıb. O zaman bu rəqəm çox yüksək idi. Lakin prezidentin pandemiyaya qarşı mübarizə sahəsində Səhiyyə Nazirliyinin səlahiyyətlərini verdiyi TƏBİB (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) öz üzərinə düşən vəzifələrin öhdəsindən gələcəyini vəd edirdi. Amma hər gün daha çox Azərbaycan vətəndaşı koronavirusa yoluxmağa başladı.

TƏBİB dünya təcrübəsinə istinad edərək xəstəliyin yüngül təzahürləri olan xəstələri xəstəxanaya yerləşdirməyi dayandırdı. Əslində isə gündəlik infeksiyaların sayı simvolik olaraq 500 həddinə yaxınlaşırdı, ağır xəstələri də xəstəxanaya yerləşdirməkdən imtina edirdilər.

Mətbuata TƏBİB-in tabeliyində olan Təcili Tibbi Yardımın xəstəxanaya yerləşdirmək imtina etdiyi koronavirus xəstələrinin ölümü ilə bağlı şikayətlər daxil olmağa başladı. Bu barədə iyunun 25-də Turan-da dərc olunmuş “TƏBİB-in işinin uğursuzluğu və xalqın bu quruma inamsızlığının səbəblləri” adlı məqalədə deyilir. İyunun 24-də isə yuxarıların qərarı ilə “Təcili yardım” TƏBİB-dən alınaraq Səhiyyə Nazirliyinə qaytarılıb.

İki gün sonra prezident deyib ki, koronavirusa yoluxmuş insanların sayının artması ilə ölkədə koronavirusdan müalicə üçün tibb işçilərinin kifayət etməyəcək. Görünür, TƏBİB sistemində çalışan həkimlər nəzərdə tutulur,   çünki pandemiyaya qarşı mübarizə ilə bu qurum məşğul olur.  Əhalinin xüsusilə çox şikayət etdiyi “Təcili yardım”ın Səhiyyə Nazirliyinə verilməsini isə TƏBİB-in koronavirus pandemiyası ilə mübarizə sahəsində üzərinə qoyulmuş vəzifənin öhdəsindən gələ bilməməsilə izah emək olar. 

Azərbaycan mətbuatında bir çox nəşrlərdə TƏBİB-in işindəki faktiki uğursuzıuq həmçinin TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlının biznes-marağı ilə izah olunur. Yazırlar ki, o, TƏBİB-ə rəhbərliklə yanaşı eyni zamanda “İnci” klinikası və laboratoriyalarının sahibidir. Əgər belədirsə, o zaman dövlət və şəxsi maraqların münaqişəsindən danışmaq olar, belə ki, “İnci” ölkədə üç özəl tibb qurumundan biridir ki, burada koronavirusa yoluxmanı müəyyən etmək üçün test-analizini aparmaq hüququna malikdir.

“İnci” rəsmi saytında bu şirkətin rəhbəri (lər) haqqında heç bir məlumat yoxdur. Ümumiyyətlə, ad və soyad yoxdur. “İnci”yə telefon zamanı adı açıqlanmayan işçi deyib ki, o, yalnız işlədiyi laboratoriyanın müdirini tanıya bilər. Ramin Bayramlının isə “İnci”yə gəlməyə vaxtı yoxdur, işçi cavab verib. Bu o deməkdirmi ki, R.Bayramlı bu klinikaya sahibdir?

Mənbə Turan informasiya agentliyi.

Daha çox göstər
Back to top button
Close