Başlıcaİctimaiyyət

Azərbaycan başqa ölkələrdəki vətəndaşların taleyi ilə məşğul olmur

Azərbaycan hakimiyyəti başqa ölkələrdəki vətəndaşlarının, o cümlədən Dağıstanın Kullar qəsəbəsində çadır düşərgəsindəki yüzlərlə insanın qayıtması yolundakı maneələri aradan qaldırmalıdır. Həmçinin, iyunun 15-də bu məntəqədə etirazlardan sonra cinayət ittihamları ilə həbs edilmiş şəxslərin hər cür hüquqi müdafiəsi təmin edilməlidir. “Meydan.tv”-ə əsasən, iyunun 28-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) vətəndaş cəmiyyəti fəallarının iştirakı ilə təşkil etdiyi videokonfransda səslənən əsas fikir bundan ibarət idi.

Görüşdə qeyd edilib ki, həbs edilənlər insanların başı Vətənə qaytarılmasını gecikdirən Azərbaycan hakimiyyətinin əməlləri səbəbindən bəlaya düşüb. Buna görə dövlət onları müdafiə etməlidir, Azərbaycanın RF-dəki konsulluq xidmətləri isə bu insanlara hüquqi yardım göstərilməsi ilə məşğul olmalıdırlar.

Görüşdə qeyd edilib ki, Azərbaycan hökuməti ilk gündən bu Azərbaycan vətəndaşlarının problemlərinin həllindən uzaqlaşıb.

Azərbaycan tərəfi polisin etirazçılara qarşı sərt güc tətbiq etdiyi 15 iyun hadisələrindən sonra güc qurumlarının nümayəndələrini oraya göndərib, amma onlar heç nəyi əsaslı şəkildə həll etməyiblər.

Müzakirə iştirakçıları qeyd ediblər ki, Dağıstan sərhədindəki düşərgə ləğv edilməli, oraya gələnlərin hamısı isə Azərbaycan tərəf yerləşdirilməlidir.

Bundan başqa, yeni sayt yaradılmalıdır, hansı ölkədən gəlmlərindən asılı olmayaraq, Vətənə qayıtmaq istəyənlər hamısı orada qeydiyyatdan keçməlidir və dövlət bu insanlara kömək etməlidir.

Azərbaycan vətəndaşlarının Vətənə qayıtmasına maneələr yaradılmasının Avropa İnsan Hüquqları Konvensiyasına zidd olduğu qeyd edilib. Konvensiyanın 3-cü maddəsində deyilir ki, “Heç kim vətəndaşı olduğu dövlətin ərazisinə giriş hüququndan məhrum edilməməlidir”.

Daha çox göstər
Back to top button
Close