Başlıcaİctimaiyyət

Azərbaycanda yeni antirekord: 544 yoluxma, 8 ölü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 544 yeni yoluxma faktı qeydə alınıb, 343 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 8 nəfər öıüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər.

İndiyədək ölkədə ümumilikdə 16 968 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9369 nəfər müalicə olunaraq sağalıb, 206 nəfər vəfat edib. 7393 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

İndiyədək 475525 nəfər testdən keçirilib.

Daha çox göstər
Back to top button
Close