BaşlıcaMədəniyyət

Erməni “Lorik” filmi ABŞ-da keçirilən festivalda 4 mükafat aldı

Erməni “Lorik” filmi “Narrative Feature” nominasiyasında, Nyu York-un “SR Socially Relevant Film Festival NY” film festivalında gran pri mükafatı alıb.

“Lorik” dramasının rejissoru Aleksey Zlobindir (Rusiya). Məşhur aktyor Mikayel Poğosyan baş roldadır.

Prlog.org yazır ki, mükafatlandırma mərasimi keçən gün Nyu Yorkda keçirilib.

Film Lorik adlı qəribə aktyor haqqındadır. Lorik keçəyə teatr geyimləri ilə çıxır və gülməli vəziyyətə düşür. Lakin Lorik buna məhəl qoymur. O hətta fərq etmir ki, teatrın tamaşaçıları yoxdur və teatr bağlanmaq ərəfəsindədir.

Teatrın bağlanmasından sonra şoka düşmüş Loriklə bir möcüzə olur və o ən sevdiyi personajları canlandırdığı kimi, digər insanların xarici grünüşünü almaya başlayır.

Daha çox göstər
Back to top button
Close