Başlıca

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin video konfransı başlayıb

Ermənistan və Azərbaycan Xİ nazirləri Zohrab Mnatsakanyan və Elmar Məmmədyarovun video konfransı başlayıb. ER XİN mətbuat katibi Anna Nağdalyan bu barədə öz “Facebook” səhifəsində bildirib və xatırladıb ki, video konfrans ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı və vasitəçiliyi ilə keçirilir.

Xatırladaq ki, iyunun 29-da Ermənistanın Xİ naziri Zohrab Mnatsakanyan ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Andryu Şafer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik ilə video konfrans keçirilib.

Mnatsakanyan və ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ sülh prosesinin mühiti ilə bağlı məsələləri müzakirə etdilər.

Söhbət zamanı iyunun 30-da ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə “Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin iştirakı ilə video konfrans keçirmək” barədə razılıq əldə olunmuşdur.

Daha çox göstər
Back to top button
Close