Başlıcaİctimaiyyət

Ermənistanda son sutkada 415 nəfərdə koronavirus aşkarlanıb, 751 nəfər sağalıb

Ermənistanda son sutkada 415 nəfərdə koronavirus aşkarlanıb, 751 nəfər sağalıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Ermənistanda virusa yoluxanların ümumi sayı 25 542-yə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 10 nəfər artaraq 443-ə çatıb. İndiyədək 14 048 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 10 904 aktiv koronavirus xəstəsi var. İndiyədək 111 844 test aparılıb.

Daha çox göstər
Back to top button