Başlıcaİctimaiyyət

Fransa sizinlədir: Paris Ermənistana 80 milyon avroluq kredit ayırmağa hazırdır

“Bu gün Fransa kimi Ermənistan da sağlamlıq, iqtisadi və sosial problemlərlə üzləşir”. Bunu Fransa prezidenti Emanuel Makron ER Baş naziri Nikol Paşinyana məktubunda qeyd etdi.

Makron Nikol Paşinyan və ailəsinin koronavirusdan sağalması münasibətilə şad olduğunu dilə gətirərək qeyd edib ki, bu epidemiyaya və bunun nəticələrinə qarşı mübarizə əməkdaşlıq üçün unikal bir fürsət olmalıdır.

O əminliklə qeyd edib ki, Fransa Ermənistana konkret dəstək verməyə hazırdır: “Fransa Avropa Birliyinin maliyyə dəstəyinə olan təşviqi və qarşılıqlı yardımıyla Sizin yanınızdadır. Yaxın günlərdə Fransa yenidən Ermənistana könüllü həkimlər qrupu göndərəcəkdir. Onlar COVİD-19-a qarşı mübarizədə erməni həmkarlarına yardım edəcəkdir”,-Makron yazıb.

Makron deyib ki, artıq Ermənistanda fəaliyyət göstərən Fransanın İnkişaf Agentliyi sayəsində Fransa 50-80 milyon avro dəyərində dövlət krediti verməyə hazırdır.

O həmçinin qeyd etdi ki, yardım əsas olaraq sağlamlıq və sosyal sahələrinə, iqlim dəyişikliyinin təsirini məhdudlaşdırma tədbirərinə yönləndiriləcəkdir.

Sonda Fransa Prezidenti Ermənistanla Fransa arasındakı həmrəylik və dostluq münasibətlərinin bu imtahanla daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.

Daha çox göstər
Back to top button
Close