BaşlıcaSiyasət

Tatevik Hayrapetyan “Əliyevin bəyanatları dərin qorxularını göstərir”

Əliyevin Ermənistandakı daxili hüquqi prosesləri etikletləmə və ya müxtəlif qiymətləmələr vermə cəhdləri tamamilə uğursuzdur.

Bu barədə “Lragir.am”-a müsahibəsində “Mənim addımım” fraksiyasının deputatı Tatevik Hayrapetyan bildirib.

“Əliyev heç vaxt unutmasın ki, qalib gələn bir dövlət və xalq var qarşında. Ölkəmizin inkişafı ilə bağlı fərqli, hətta bir-birimizə zidd olan yanaşmalarımız ola bilər, lakin təhlükəsizlik və azad yaşamaq hüququmuzu müdafiə etməkdə daha çox birləşirik.

Əliyevin bu bəyanatı demokratik proseslə bağlı qorxuları və narahatlıqlarını tamamilə əks etdirir. Heç kimə sirr deyildir ki, Azərbaycan xalqı və bəzi dairələr deyirlər ki, Ermənistanda baş verən inqilab v sonrakı proseslər Ermənistanın demokratik yolda olduğunu göstərir. Onlar demokratik və təhlükəsizlik ilə birbaşa əlaqəni görürlər.

Əminəm ki, Ermənistan Republikasının Baş nazirinin sadəcə dialoqa və ya Azərbaycan xalqına çağırış etməyə hazır olması Əlyevin qorxularını daha da dərinləşdirdi. O, müxtəlif manipulyasiya üsulları ilə demokratik dəyərləri və qanun aliliyi ilə idarə olunan bir dövlət qurma əhəmiyyətini şübhə altına almağa çalışır. Hesab edirəm ki, bu onun bir diktator kimi dərin qorxularının sübutudur”,- deyə Tatevik Hayrapetyan bildirdi.

Deputat qeyd etdi ki, Azərbaycanda koronavirus vəziyyəti, iqtisadi böhrən ölkədə narazılıqlara səbəb olub.

“Daxili müzakirələr var ki, Ermənistanda baş verən demokratik dəyişikliklərdən sonra Ermənistan, o cümlədən Qarabağ məsələsində daha çox irəliləyiş əldə edir. Əliyev demokratiyanı və demokratik dəyərləri aşağı salmaq istəyir, çünki bu dəyərlər haqqında düşüməsi onun üçün dəhşətlidir, onun idarə etdiyi ölkə demokratiyaya tamamilə zidd olan dəyərlərə əsaslanır”, – deyə Tatevik Hayrapetyan bildirib.

Daha çox göstər
Back to top button