
Artsax xalqı adından, koronavirusa qarşı mübarizə aparmaq üçün Artsaxda istehsal olunan tibbi ləvazimatlar ABŞ-ın Kaliforniya ştatına göndəriləcəkdir.
“Armenpress”-dən verilən məlumata görə, bu haqda Artsax Respublikası parlamentinin “Artsax Demokratik partiyası” fraksiyasının rəhbəri David Melkumyan öz Facebook səhifəsində yazıb.
“Olduqca səmimiyyətlə nəzərinizə çatdırmaq istərdim ki, müvafiq dövlət strukturlarının rəhbərləri, o cümlədən parlamentin spikeri,
Dövlət naziri və Xarici işlər naziri ilə aparılan konstruktiv müzakirələr nəticəsində Artsax xalqı adından Kaliforniya Ştatına koronavirusa qarşı mübarizə üçün tibbi ləvazimatlar göndərilməsi barədə razılıq əldə olundu”- deyərək deputat yazıb.
Melkumyan qeyd edib ki, yardım simvolik olacaq, lakin bununla birlikdə Artsax Respublikası COVID-19 epidemiyasına qarşı qlobal mübarizəyə qoşulacaqdır.
Birləşmiş Ştatlar koronavirusa yoluxanların sayına görə dünyada birinci yerdədir. ABŞ-da 2 milyon,683 min 301 təsdiqlənmiş koronavirus hadisəsi var. Ölkədə koronavirusdan 128 min 819 nəfər vəfat etmiş 1 milyon 122 min 591 nəfərsə sağalmışdır. sağaldı.