Başlıcaİctimaiyyət

Azərbaycanda koronavirusa yoluxanların sayı 17 524-ə çatıb

İyunun 30-da Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 556 yeni yoluxma faktı qeydə alınıb, 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 7 nəfər ölüb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda deyilir.

İndiyədək ölkədə ümumilikdə 17 524 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9 715 nəfər müalicə olunaraq sağalıb, 213 nəfər vəfat edib.

7 596 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 645, ötən müddət ərzində isə ümumilikdə 482 170 test aparılıb.

Daha çox göstər
Back to top button