Başlıcaİctimaiyyət

Azərbaycanda LGBTİQ+ fərdləri onlayn qürur yürüşü keçiriblər

Azərbaycanda LGBTİQ+ fərdləri onlayn qürur yürüşü keçiriblər. “Meydan.tv” saytına istinadən “İnfoteka24” məlumat veriri ki, onlar “Google Maps”də açıq xəritə yaradıb, olduqları yeri qeyd ediblər.

Yürüşə 250-dən çox insan qatılıb. Onlar xəritə üzərində olduqları yeri işarələyib və oraya LGBTİQ+ bayrağını qoyublar.

Meydan TV-yə danışan yürüş təşkilatçısı Vahid Əli bildirib ki, hər il bu zaman dünyanın müxtəlif ölkələrində LGBTİQ+ fərdləri qürur yürüşləri keçirir. Ancaq builki planlarını koronavirus pandemiyası alt-üst edib. Nəticədə, hətta daimi qürur yürüşü keçirilən ölkələrdə belə paradlar təxirə salınıb.

Qeyd edək ki, son bir neçə ildə Azərbaycan Avropanın ən homofob ölkəsi hesab olunur. Cinsi azlıqları öz ölkələrində təcavüzə məruz qalırlar. Onların bir çoxu ölkəni tərk etmək məcburiyyətində qaldı. Bununla birlikdə, onlayn qürurun təşkilatçısı ümid edir ki, nbir gün Azərbaycan küçələrində parad keçirə biləcəklər.

Daha çox göstər
Back to top button