Başlıcaİctimaiyyət

Azərbaycanlı fəal: Nefti-qazı olmayan Ermənistan və Gürcüstan karantin dövründə öz vətəndaşlarına zəngin Azərbaycan hökumətindən qat-qat çox yardım ayırdı

Azərbaycan Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli ölkə hakimiyyətini sərt tənqid etdi.

Azərbaycanın “Azadlıq” qəzeti fəaldan sitat gətirir:

“Mən təbii ki, bu hakimiyyətin təəssübkeşi deyiləm, onun nəinki sentyabrda, hətta bu gün, həmən getməsini istəyirəm. Bu statusu da hakimiyyəti deyil, ölkəmi sevdiyim üçün yazıram. Amma düşünə bilsələr, düşünmək qabiliyyətini tamamilə itirməyiblərsə, onlar üçün də faydalı ola bilər.

27.06.2020-ci il tarixində Milli Şuranın sədri, prof. Cəmil Həsənli “Azad Söz” kanalına müsahibə verib. Yalnız bir gün ərzində müsahibəyə təkcə youtube üzərindən 170 mindən çox baxış olub, 10 min bəyənmə!!! və cəmin 300-ə yaxın dislike gəlib. Rekord göstəricidir!

Cəmil müəllim Azərbaycan hakimiyyətini, şəxsən İlham Əliyevi uzun illərdir ən sərt və açıq şəkildə tənqid edir. Bəs bu müsahibədə hörmətli sədrimiz yeni nə deyib ki, azərbaycanlılar onu belə ürəkdən bəyəniblər?!

Cəmil müəllim prezident Əliyevin Mingəçevirdə Azərbaycan hakimiyyətinə aid bütün epitetləri, təyinləri və vəsfləri ehtiva edib, amma nədənsə Ermənistan rəhbərliyini ittiham edən çıxışına cavab verib.

Deyib ki, korrupsiya, qohumbazlıq, tayfabazlıq, seçki saxtakarlığı və s. məsələlərdə Ermənistan siyasi rəhbərliyi Azərbaycan hakimiyyətindən qat-qat təmizdir və dürüstdür.

Mən həmin paylaşıma yazılan şərhləri də oxudum və … dəhşətə gəldim! İlahi, bir hakimiyyət öz xalqı, öz vətəndaşı ilə necə davranmalıdır ki, ona qarşı belə ümumxalq nifrəti yaransın!

Bir hakimiyyət öz xalqına necə zülm etməlidir ki, insanlar hətta düşmənlə, ölkəsinin 20 faizini işğal edən yağılarla müqayisədə ona öz qəzəbini belə sərt dillə ifadə etməkdən çəkinməsinlər?!

Bəlkə ölkənin 20 yox, 100 faizinin işğal altında olması qənaətindəndir bu nifrət?! Bəlkə Yasamalda Azərbaycan polisinin Azərbaycan vətəndaşı ilə erməni əsirliyindəki kimi davranması alovlandırıb bu qəzəbi?!

Bəlkə insanlarımız nefti-qazı olmayan Ermənistanın və Gürcüstanın karantin dövründə öz vətəndaşlarına zəngin Azərbaycan hökumətindən qat-qat çox yardım ayırdığını, ölkəmizdə isə hakimiyyət təmsilçilərinin maska istehsalından, pullu COVİD-19 testlərindən qazanc görürdüyünü, millətin faciəsində əl qızdırdığını gördükləri üçün belə hiddətləniblər?!

Bəlkə yayın bu qızmarında susuz qalan, min bir əziyyətlə ərsəyə gətirdiyi məhsulu məhv olan azərbaycanlılar Arazın suyunun necə səxavətlə ermənilərə və farslara peşkəş edildiyini görüb “bunlar ermənidən betərdir” deyirlər sizə.

Uzun illər əlinizdə sağa-sola fırlatdığınız, əksəriyyətinizin anası, nənəsi, arvadı erməni ola-ola ermənilərlə heç vaxt bir körpüdən keçməyən başqalarına tuşladığınız erməni kartı da artıq işləmir, bumeranq effekti ilə üstününzə gəlir, sizi vurur.

Düşünün, daşının və nəticə çıxarın. Sizin yüz milyardlarla sərvətiniz, xalqın üstünə gördərməyə topunuz, tüfənginiz, qəddar polisiniz ola bilər. Ancaq bu qəzəbin qarşısında duracaq gücünüz yoxdur. Özününz də bilirsiniz ki, yoxdur”.

Daha çox göstər
Back to top button