Başlıcaİctimaiyyət

AzTV-nin əməkdaşı koronavirusdan ölüb

Azərbaycanın “AzTV” dövlət telekanalının əməkdaşı Samir Nəcəfzadə koronavirus infeksiyasından vəfat edib. “Turan” agentliyinə əsasən, bu barədə baş dövlət telekanalının mətbuat xidməti məlumat yayıb.

O, kanalın İctimai-Siyasi və Analitik Proqramlar Departamentində rejissor işləyib.

Bir neçə gün öncə S.Nəcəfzadə səhhəti pisləşdikdən sonra xəstəxanaya yerləşdirilib, lakin həyatını xilas etmək mümkün olmayıb, məlumatda bildirilir.

Hazırda dövlət televiziyasının daha beş əməkdaşı xəstəxanalarda müalicə olunur, biri isə tibb müəssisəsindən evə yazılıb.

Qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda koronavirusa yoluxmuş media işçilərinin ümumi sayı 20-yə yaxındır.

Daha çox göstər
Back to top button