BaşlıcaSiyasət

Ermənistanda hərbi xidmətə yaz çağırışı başladı – Bütün çağırışçılar testdən keçirilir

Yoluxmuş çağırışçıların orduya qoşulmaması üçün epidemiyaya qarşı sərt tədbirlər görülüb.

Bu gün ER-da 2020-ci il yaz çağırışı başladı. Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan çağırışçıların fotolarını Facebook səhifəsində yerləşdirərək bildirdi ki, hərbi xidmətə getməzdən əvvəl bütün çağırışçılar testdən keçirilirlər.

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü xüsusilə qeyd edib ki, yoluxmuş çağırışçıların orduya qoşulmaması üçün epidemiyaya qarşı sərt tədbirlər görülüb.

Stepanyan bütün çağırışçılara ləyaqətli və xeyirxah xidmət arzulayıb.

Xatırladaq ki, ötən ay ER Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Artak Davtyan Silahlı Qüvvələrdə koronavirusun geniş yayılmadığını bildirmişdi. Onun sözlərinə görə, orduda heç bir infeksiya ocağı yoxdur, yoluxmuş insanların sayı da azdır.

Daha çox göstər
Back to top button