İyunun 30-da Ermənistan və Azərbaycan Xİ nazirləri ilə ATƏT-in Minsk qrupu həmsədrlərinin artıq ikinci videokonfransı keçirilib. İlk videokonfransı aprelin 21-də keçirilmişdi.
Qeyd edək ki, videokonfransından əvvəl gərginliyin artması və Azərbaycan rəhbərliyinin hərbi ritorikasının fəallaşması müşahidə olunurdu. Erməni tərəfi bu məsələni görüş gündəminə gətirdi, çünki Azərbaycan prezidenti, Müdafiə naziri və digər yüksək vəzifəli məmurlar tərəfindən son zamanda səsləndirilən bəyanatlar nəinki Bakının götürdüyü öhdəliklərə ziddir, həm də tərəflər arasındakı gərginliyi artırır.
Rəsmi Bakı öz növbəsində gündəmə Ermənistan tərəfindən Artsaxı məskunlaşdırma və Artsax-Ermənistan 3-cü yolu çəkmə məsələlərini gətirərək, bunları “işğal altındakı ərazilərdə qeyri-qanuni fəaliyyət” kimi təqdim etdi.
Videokonfransı nəticəsində ATƏT-in Minsk qrupu həmsədrlərinin yaydığı bəyanatdan deyə bilərik ki, görüş çox gərgin keçib. Bəyanatın 5 deyil də, yalnız 3 tərəfli, yəni ATƏT Minsk qrupu həmsədrləri tərəfindən edilməsi də bunun göstəricisidir.
Həmsədrlər sülh və danışıqlar predmeti üçün əlverişli şəraitə imkan yaradılması və mühitin qorunub saxlanılmasının əhəmiyyətini vurğulayıblar. Demək olar ki, Ermənistan tərəfindən səsləndirilən əlvərişli mühitin yaradılması məsələsi həmsədrlər üçün də məqbuldur.
Həmsədrlər yerlərdəki nisbi sabitliyi müsbət qiymətləndiriblər və “tərəflərin eskalasiyadan qaçması üçün birbaşa əlaqə kanallarından istifadəsinin davam etdirmələrinə məmnunluqlarını ifadə ediblər”. Söhbət 2018-cı il sentyabrda Düşənbədə Ermənistanla Azərbaycan liderləri arasında əldə edilmiş razılaşmasına əsasən, yaradılmış operativ əlaqə kanallar barədədir, hansı ki, ER Müdafiə Nazirliyi nümayəndələrinin fikrincə, gərginliyin azalmasına töhfə verirlər.
ATƏT-in Minsk qrupu həmsədrləri həmçinin qeyd etdi ki, “son təxribatçı ifadələr, hərbi ritorika və yerdə vəziyyəti dəyişdirən mümkün addımlar nizamlama prosesinə xələl gətirə bilər“. Görünür ki, həmsədrlər olduqca balanslı mövqe ifadə ediblər və iki tərəfin də səsləndirdiyi məsələlərə toxunublar. “Təxribatçı ifadələr” və “hərbi ritorika” ifadələri şübhəsiz ki, Azərbaycana ünvanlanmışdır. Təbii, bunların daha açıq-aydın və ünvanlı olması daha yaxşı və Bakı üçün daha təsiredici olardı. “Yerdə vəziyyəti dəyişdirən mümkün addımlar” ifadəsi ilə həmsədrlər erməni tərəfindən Kapan-Hadrut yolu inşa etmə qərarına toxundular. Bakının narazılığına baxmayaraq, erməni tərəfi bu yolun inşasını Artsax xalqı üçün hərtərəfli təhlükəsizliyin davamlı təmin edilməsi üçün zəruri hesab edir. Bu arqument, Azərbaycan tərəfinin güc təhdidini nəzərə alsaq, başa düşülən və əsaslıdır.
Diqqətəlayiqdir ki, bəyanatda həmsədrlər xüsusilə qeyd edirlər ki, “münaqişənin hərbi yolla həlli yoxdur“. Bakıdan səsləndirilən son hərbi ritorika fonunda bu çox vacib bir ifadə və Azərbaycan hakimiyyəti üçün önəmli bir mesajdır. Həmsədrləri israrla “tərəfləri atəşkəs rejiminin möhkəmlənməsinə və əhalinin sülhə hazırlamaq üçün əlavə addımların atılmasına təşəbbüs etməyə çağırıblar“. Bunlar da danışıqlar üçün əlvərişli mühitin yaradılmasının bir hissəsidir və Azərbaycan da bundan hər yoldan çəkinməyə çalışır.
Həmsədrlər həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin başçılığı ilə “şərait imkan verdikcə monitorinq işlərinin yenidən başlamasının vacibliyini” vurğuladılar. Bildiyimiz kimi, COVİD-19 pandemiyası səbəbindən monitorinq işləri 19 martda dayandırılmışdır və bu ərzində Azərbaycanın qeyri-konstruktiv fəaliyyəti gərginliyi olduqca artırmışdır. Həmsədrlər tərəfindən sərhəddə monitorinq işlərinin bərpasının təxirəsalınmaz sayılması da məhz bu səbəbdəndir.
Həmsədrlər tərəfindən Ermənistan və Azərbaycan Xİ nazirlərinin videokonfransının təşkili müşahidə olunan gərginliyin artmasına bir reaksiya hesab etmək olar. Diqqətəlayiqdir ki, həmsədrlər və Xarici işlər nazirləri iyulda birlikdə daha bir videokonfransı keçirməyi və mümkün qədər tez görüşməyi razılaşdırıblar. Belə təmaslar yalnız danışıqlar prosesini irəli sürmək üçün imkanların tapılması deyil, həmçinin gərginliyin azalması baxımından əhəmiyyətlidir, çünki məlum bir həqiqətdir ki, diplomatlar susduqca silahlar işə keçir.
Mənbə Armenpress, müəllif Narek Minasyan.