ArtsaxBaşlıcaSiyasət

Artsaxın cənubi hissəsini Syuniklə birləşdirən yolun tikintisi açıq mesajdır ki, bu ərazilər heç vaxt güzəşt məsələsi olmayacaq

Nə Ermənistan tərəfi üçüncü yolunun tikintisini dayandıracaq, nə də Bakı hərbi ruhlu bəyanatlarına son qoyacaq. Bunu ATƏT Minsk qrupunun həmsədrlərinin bəyanatına toxunaraq, Artsax Respublikasının Parlamentinin beynəlxalq münasibətlər komitəsinin keçmiş sədri Vahram Atanesyan bildirib.

Vahram Atanesyan hesab edir ki, Artsaxın cənubi hissəsini Ermənistana birləşdirən yolun açıq mesajı var ki, bu ərazilər heç vaxt güzəşt məsələsi olmayacaq.

ER Parlamentinin “Mənim addımım” fraksiyasının deputatı Tatevik Hayrapetyan isə həmsədrlərinin münaqişənin hərbi yolu ilə nizamlanmayacağını vurğulamasına əhəmiyyət verir. Deputatın fikrincə, bu, erməni tərəfinin əsas vurğusudur.

Həmsədrlər sülh və danışıqlar predmeti üçün əlverişli şəraitə imkan yaradılması və mühitin qorunub saxlanılmasının əhəmiyyətini vurğulayıblar.

Onlar yerlərdəki nisbi sabitliyi müsbət qiymətləndiriblər və tərəflərin eskalasiyadan qaçması üçün birbaşa əlaqə kanallarından istifadəsinin davam etdirmələrinə məmnunluqlarını ifadə ediblər.

Tatevik Hayrapetyan həmsədrlərinin bu vurğusuna əhəmiyyət verir.

“Minsk qrupunun həmsədrlərinin bəyantında vacib bir məqam var ki, tərəflərdən biri məsələni hərbi yolla həll etməklə təhdid etməyə davam edərkən əsaslı danışıqlar aparmaq mümkün deyildir. Erməni tərəfinin bu tələbi Minsk Qrupunun həmsədrləri və ümumiyyətlə beynəlxalq tərəfdaşlarımız üçün məqbuldur. Bəyanatda qeyd olunan nisbi sülh Düşənbədə Paşinyan və Əliyevin görüşündən sonra əldə edildi”,- deyə deputat qeyd etdi.

Həmsədrlər həmçinin atəşkəs rejiminin möhkəmlənməsinə və əhalinin sülhə hazırlamaq üçün əlavə addımların atılmasına təşəbbüs etməyə çağırıblar. Bəyanatda həmsədrlər narahatlıqla qeyd ediblər ki, son təxribatçı ifadələr nizamlama prosesinə xələl gətirə bilər. Deputatın sözlərinə görə, bu qismi Bakıya aiddir, çünki Yerevan və Stepanakert heç bir vaxt təxribatçı bəyanatlar verməyiblər.

Artsax Parlamentinin beynəlxalq münasibətlər komitəsinin keçmiş sədri Vahram Atanseyan da bildirib ki, prosesin yaxın gələcəkdə həll edilməsini nəzərdə tutulmur, əks halda hətt virus vasitəçilərin iki ölkə iderləri səviyyəsində bir başa görüş keçirməsinə maneə ola bilməzdi.

Vahram Atanesyan qeyd etdi ki, bəyanatda qeyd olunan hərbi ritorikası Bakıya yönəlib.

“Əslində nə erməni tərəfi üçüncü yolunun inşasını dayandıracaq, nə də Bakı hərbi ruhlu açıqlamalardan imtina edəcək”,- deyə Vahram Atanesyan vurğulayıb.

Üçüncü yolunun inşaasına toxunan Vahram Atanesyan qeyd etdi ki, bu yol Artsaxın cənubunu Ermənistanla brləşdirir və iqtisadi əhəmiyyətə malikdir. Bu yol, hərbi baxımdan da əhəmiyyətli ola bilər.

“Bundan başqa, bu açıq mesajdır ki, Artsax tərəfi bu ərazilərin verilməsi məsələsini müzakirə etməyəcək”,- deyə o bildirib.

Xatırladaq ki, son vaxtlar da Artsaxın Prezidenti Arayik Harutyunyan bu yolun inşası barədə danışarkən deyib ki, bu yolun tikintisi iqtisadi inkişaf proqramlarını nəzərdə tutur.

Daha çox göstər
Back to top button