Başlıcaİctimaiyyət
Azərbaycanda koronavirus xəstələrinin sayı 18 112-yə çatıb

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 588 yeni yoluxma faktı qeydə alınıb, 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 7 nəfər ölüb.
İndiyədək Azərbaycanda ümumilikdə 18 112 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10 061 nəfər müalicə olunaraq sağalıb, 220 nəfər vəfat edib, 7 831 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6682, ötən müddət ərzində isə ümumilikdə 488 852 test aparılıb.