Başlıcaİctimaiyyət

Azərbaycanlı tələbələr Ukraynadan Azərbaycana qayıda bilmirlər

Ukraynada təhsil alan Azərbaycanlı tələbələr 4 aydır hava əlaqələri dayandırıldığına görə Azərbaycana qayıda bilmirlər.

“Pulumuz qurtarıb, kirayə pulunu verə bilmirik və küçədə qalmaq təhlükəsi ilə üz-üzəyik. Diasporamız bir neçə dəfə bizə kömək edib, amma bu, yalnız ərzaq almağa kifayət edir”, deyə tələbələrdən biri Turan-a bildirib.

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva vəziyyəti Turan agentliyinə şərh edərkən qeyd edib ki, hökumət vətəndaşların qaytarılması üçün tədbirlər görür”.

Onun sözlərinə görə, Türkiyə və Ukrayna arasında uçuş xətti açıqdırsa Ukraynada olan tələbələr Türkiyə ərazisindən tranzit olaraq istifadə etməklə bilet alıb ölkəyə qayıda bilərlər. 

Daha çox göstər
Back to top button