Başlıcaİctimaiyyət

AzTV-nin ölən əməkdaşının səsyazısı: Xəstəxanada su və ya tualet yoxdur

AzTV-nin rejissoru Samir Nəcəfzadə koronavirusdan vəfat edib.

Qafqazinfo xəbər verir ki, S.Nəcəfzadənin ölümündən əvvəl ailəsinə göndərdiyi səsyazısı sosial şəbəkələrdə müzakirə edilib.

Mərhum müalicə aldığı xəstəxanada vəziyyətin pis olduğunu, xəstələrə yaxşı baxılmadığını bildirib.

O, boğulduğunu və maska ilə zorla nəfəs aldığını, xəstəxananın sanitar qovşağında yer olmadığını diqqətə çatdırıb:

“Vəziyyət çox pisdir. Biri oradan qışqırır, biri buradan. Əl yumağa su yoxdur. Bura çox pisdir”.

Bundan savayı, həmin səsyazısında Samirin səsindən əlavə, fonda digər pasiyentlərin də öskürək, boğulma səsləri eşidilir. 

Məlumata görə, S.Nəcəfzadə 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) müalicə alıb. Bundan əvvəl də sosial şəbəkələrdə sözügedən xəstəxanada pasiyentlərə etinasız yanaşılması məsələsi müzakirə edilib.

Daha çox göstər
Back to top button