Başlıcaİctimaiyyət

Ermənistan istehsalı koronavirus testlərinin nəticələri hazırdır

Xəstəliklərə Nəzarət və qarşısının alınması üzrə Milli Mərkəzində Ermənsitan istehsalı olan koronavirus testləri sınaqdan keçib, 4 nümunədən üçü üçün mərkəz zəmanət verib. Bu barədə ER Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitunun direktoru Arsen Arakelyan bildirib.

“Bu üç nümunəni olduqca yüksək dəqiqlik təmin edir. Ermənistanda test tələbinə cavab verən sayda testlər istehsal etməyi planlaşdırırıq. Gündə 2000-2500 test istehsal olunacaq”,- deyə o qeyd etdi.

Arakelyanın sözlərinə görə, Fizika İnsitutu tərəfindən hazırlanan dezinfeksita cihazları, həmçinin Milli Elmlər Akademiyasının Kimya Fiziki İnstitutu tərəfindən hazırlanan dezinfeksiyaedici maddələri də sınaqdan keçirilib.

O, həmçinin bildirib ki, koronavirusla mübarizədə istifadə edilə bilən kimyəvi birləşmələrin müəyyənləşdirilməsi üzərində işlərini və elmi araşdırmalarını davam etdirirlər.

Daha çox göstər
Back to top button