Başlıcaİctimaiyyət

Ermənistanda daha 593 nəfərdə koronavirus aşkarlanıb

Ermənistanda son sutkada 593 nəfərdə koronavirus aşkarlanıb, 473 nəfər sağalıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 26 658-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 459-a çatıb. İndiyədək 15 036 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 11 010 aktiv koronavirus xəstəsi var. İndiyədək 115 765 test aparılıb.

Daha çox göstər
Back to top button