Xüsusi bölmələrin hərbi qulluqçularının hərəkətlərini əlaqələndirmək və döyüş şəraitində tez və dəqiq hərəkət etmək bacarıqlarını inkişaf etdirmək məqsədi ilə iyulun 1-də 2-ci hərbi hissədə praktik məşğələ keçirildi.
Hərbçilər qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirdilər, atəş nöqtəsinin bütün hədəflərinə zərbələr endirdilər, şərti düşmənin bazalarını ələ keçirməklə yeni mövqelərdə müdafiəni mütəşəkkil şəkildə həyata keçirdilər.
.