Başlıcaİctimaiyyət

Azərbaycanda quraqlıq gözlənilir – Azərbaycanın əsas çayı necə yox olur

Yayın əvvəlindən Azərbaycanın əsas və ən bol sulu çayı olan Kürün güclü şəkildə dayazlaşması prosesi müşahidə olunur. Bəzi yerlərdə 47 santimetrdən 190 santimetrə kimi azalma qeydə alınıb. Üstəlik, Xəzər dənizinin suyu Kür çayına axaraq suyu şorlaşdırır.

Bunun Azərbaycan üçün nəticələrinin yaxşı olmayacağını söyləyən ekoloqlar bildirirlər ki, gələcəkdə içməli su ilə bağlı problem yaşana bilər.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənovun sözlərinə görə, iyulun 20-dən avqustun 20-dək olan dövrdə quraqlıqların daha çox olacağı ehtimal edilir.

ReAL Partiyasının icraçı katibi, iqtisadçı Natiq Cəfərli hesab edir ki, bu, sırf təbiət hadisəsi deyil. O deyir ki, bundan da quraq yaylar olub, suyun səviyyəsi ensə də, belə geniş problemlər yaşanmayıb. Onun fikrincə, ilkin səbəb Kürün deltasının təmizlənməsinə ciddi yanaşılmamasıdır, indi Xəzərin suyunun Kür çayına axması da bunun nəticəsidir.

Ekoloq Telman Zeynalov isə, problemin kökünün Mingəçevir Su Anbarında olduğunu deyir. Əlavə edir ki, 2010-cu ildə də eyni problem yaşanıb. Anbar rəhbərliyi artıq enerji əldə etmək üçün qaydaları pozaraq, anbarda suyun səviyyəsini 86 metrə qədər doldurub. Həmin vaxt da Kürün suyu quruyub.

Demokatiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu isə, deyir ki, çaylarda suyun səviyyəsinin kəskin düşməsi 2020-ci ilin ilk aylarından qeydə alınıb. Bu da ilk növbədə həmin çaylardan (Araz, Kür) iri məmur təsərrüfatlarına çəkilən qol kanallarla bağlıdır. 2020-ci il arat dövründə suvarma suyunun çatışmazlığı ilə bağlı çoxlu faktlar var.

Daha çox göstər
Back to top button
Close