Başlıcaİctimaiyyət

Azərbaycanın baş epidemioloqu koronavirusdan kənddə gizlənib

Azərbaycanın baş epidemioloqu İbadullah Ağayev kənddə koronavirusdan gizlənib. Ölkədəki koronavirusla bağlı vəziyyət barədə o, jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.

Unikal.org-un müxbiri ona zəng edib,Ağayev kənddə olduğunu və epidemioloji vəziyyəti izləmədiyini bildirmişdir.

 “Mən Bakıda deyiləm, kənddəyəm, heç nə bilmirəm. Mən televiziya və internet olmayan bir kənddəyəm.Nə olsun ki, mən baş epidemioloqam.Mən də insanam, mənim də doğmalarım var. Yaxşı olar ki, Səhiyyə nazirliyinə zəng çalın”-deyərək o, bəyan edib.

Daha çox göstər
Back to top button
Close