BaşlıcaSiyasət

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti XİN-də əməliyyat keçirir

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti bu dəfə Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxsləri ilə bağlı əməliyyat keçirir.

“Amerikaninsesi.org”-a əsasən, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsi məlumat yayıb.

“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilir.”

Məlumatda qeyd edilib ki, aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə əlavə məlumat veriləcək.

Xarici İşlər Nazirliyi hələ bu məlumata münasibət bildirməyib.

Xatırladaq ki, bir müddət əvvəl sosial şəbəkələrdə Məmmədayrovun Nyu Yorkda iki oğluna məxsus ümumilikdə 4,2 milyon dollar qiymətləndirilən iki mənzilə aid olduğu iddia edilən sənədlərin görüntüləri yayılıb.

Azərbaycan rəsmi qurumları, hələlik, bu haqda geniş danışmır, ölçü götürülüb-götürülməyəcəyini bəyan etməyə tələsmirlər. Yalnız XİN sözçüsü nazir oğlunun bahalı əmlak almasını “şəxsi həyat” kimi dəyərləndirib.

Daha çox göstər
Back to top button