BaşlıcaSiyasət

Ermənistan “Bərabərlik nəsil” forumu çərçivəsində yaradılan “Texnologiya və İnnovasiya” ittifaqının lider ölkəsi seçilib

Ermənistan “Bərabərlik Nəsil” Forumu çərçivəsində yaradılan “Texnologiya və İnnovasiya” İttifaqının lider ölkəsi seçilib. Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyindən Bildirilib.

“Bərabərlik Nəsil” Forumu, BMT-nin Gender Bərabərliyi və Qadın Tərəqqisi Təşkilatının (BMT-Qadınlar) təşəbbüsü, həmçinin Fransa və Meksika hökumətləri ilə sıx əməkdaşlıq əsasında fəaliyyət göstərir. Təşəbbüs, Dünya qadınları konfransında qəbul edilən Pekin bəyannaməsinin 25 illiyi kontekstində dövlətlər, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti arasında əməkdaşlığı təşviq etmək məqsədi daşıyır.

İttifaqların liderlərinə 20 ölkə, BMT sisteminə daxil olan digər beynəlxalq qurumlar, xeyriyyə təşkilatları, habelə bu sahədə tanınmış qeyri-hökumət təşkilatları daxildir.

Texnologiya və İnnovasiya ittifaqının işi, BMT-nin Uşaq Fondu (UNİSEF) və Beynəlxalq Telekommunikasiya İttifaqı ilə əməkdaşlıqla 3 ölkənin- Ermənistan, Finlandiya və Tunisin rəhbərliyi tərəfindən həyata keçiriləcək.

“Nəsillər Bərabərliyi” Forumu çərçivəsində Qadınlar, Sülh, Təhlükəsizlik və Humanitar Fəaliyyət haqqında yeni razılaşma hazırlanacaq. Razılaşma, BMT Təhlükəsizlik Şurasının Qadınlar, Sülh və Təhlükəsizlik mövzusunda 1325 saylı qətnaməsindən 20 il sonra da qadın və gənclərin sülhə, təhlükəsizlik və humanitar fəaliyyətə sadiqliyini bir daha təsdiqləyən mövcud təşəbbüsləri və əməkdaşlığı gücləndirəcəkdir.

Təşəbbüs haqqında əlavə məlumat veb saytında oxuya bilərsiniz.

Daha çox göstər
Back to top button