BaşlıcaSiyasət

ER keçmiş müdafiə naziri: “Zərbə qüvvələrimiz Azərbaycandakı bütün hədəfləri məhv edə bilər”

Azərbyacan müharibəni yenidən başlamır, çünki başa düşür ki, uğur qazanmaq üçün heç bir şansı yoxdur. Müharibə yenidən başlasa, silahlı qüvvələrimiz Azərbaycanın iqtisadi potensialı (ən çox Bakı, Sumaqyıt, Kirovabad şərhərlərində var) məhv edə bilərlər. Bunu “faktor.am”-a müsahibəsində ER keçmiş müdafiə naziri. General-leytenant Vağarşak Harutyunyan bildirib.

Müharibənin yenidən başlanmasına toxunan keçmiş nazir qeyd etdi ki, hərbi əməliyyatların yenidən başlanmasının mümkünlüyünü başa düşmək üçün hərbi-siyasi vəziyyəti qiymətləndirmək lazımdır.

“Birincisi, müharibə bitməyib, atəşkəs haqqında razılaşmamız var, lakin sülh haqqında siyasi sazişimiz yoxdur. Azərbaycan qoşunları təmas xəttindədir və məsafə o qədər azdır ki, qərar vermək və müharibəyə başlamaq üçün çox az vaxt lazımdır. Müharibənin yenidən başlaması ehtimalına gəlincə, belə bir ehtimalın olduğunu qiymətləndirməliyik.

Hesab edirəm bunun ehtimalı çox azdır. Niyə, çünki onların nazirinin qeyd etdiyi ön şərtlər, İlham Əlinin çıxışının davamıdı.O bəyan edib ki, lazımi şərtləri gözləyirlər və bunun mövcud olduğunda müharibəyə başlayacaqlar. Bu, şərtlərin bu gün mövcud olmadığı barədə ən vacib nəticəsidir.

Hərbi-siyasi balansın Azərbaycan xeyrinə pozulursa, müharibəyə başlayacaqlar, bunu Zakir Həsənov və İlham Əliyev da qeyd ediblər. Azərbaycan bəzi silah üstünüyü var.

1994-cü il müharibəsi ərzində də üstünlüyü vardı, onların tankları dörd dəfə, zirehli texnikası altı dəfə, havadan müdafiə sistemləri isə 25 dəfə çoxdu, onların 60 təyyarasi var idi, bizdə yoxdu. Lakin həmin şəraitlərdə də onlar məölub olub.

Hazırda onların bəzi silah üstünlüyü var. Bizim güclü hava hücumundan müdafiə sistemlərimiz var, Azərbaycandakı bütün hədəfləri məhv edən sistemlərimiz var (“İskəndər, SKAD raket sistemindən danışmıram). Və bu konteksdə general Lev Roxlinin Rusiya Sövlət Dumasındakı çıxışından sitat gətirəcəyim. O, qeyd etdi ki, əgər erməni tərəfi Mingəçəvir su anbarımı hədəf götürərək SKAD kompleksindın istifadə edərdsə, Azərbaycanın üçdə ikisi su altında qalacaq”,-deyə Vağarşak Harutyunyan bildirib.

Daha çox göstər
Back to top button
Close