BaşlıcaTəhlil

Əliyev təcavüzkardır, lakin müharibə başlasa, layiqli cavab alacaqdır: Erməni general

Azərbaycan təcavüzkar dövlətdir, onun təcavüzkar İslamçı Silahlı Qüvvələri var. Əliyev də təcavüzkardır. Bunu 1in.am-ə müsahibədə ER Müdafiə Nazirliyinin keçmiş Baş qərargah rəisi (1992-1995-ci il) general-leytenant Norat Ter-Qrigoryants qeyd etdi.

Onun sözlərinə görə, Əliyev Türkiyə ilə birlikdə Qərbi Ermənistanda olduğu kimi, yeni ərazilər işğal etmək istəyir. Bolşeviklərin yardımı ilə də Qarabağı işğal etmişdi, ancaq Qarabağ beynəlxalq hüquqa əsasən müstəqillik elan edib. İndi də  hiyləgər şəkildə müharibə yolu ilə Qarabağı işğal etmək, xalqını isə məhv etmək istəyir.

“Lakin xalqımız silahlanmışdır, ordumuzun müasir silahları var və Əiyev müharibəyə başlarsa, layiqli cavab alacaqdır. Biz çoxdan Azərbaycanı kapitulyasiyaya düçar etdirməliydik ki, hər şey başa çatsın. Əliyev və Azərbaycanın digər yüksək vəzifəli məmurarı mütəmadi olaraq hərbi ritorikadan istifadə edirlər və bu gülməlidir. Baş nazirimiz indi “bəsdir, müharibə istəyirsiz, başlayın, amma sonra şikayət olmasın” deməlidir.

Ermənistanda məhv etmək üçün çox şey yoxdur, amma Azərbaycanda hər şeyi elə məhv edərik ki, nə qaz boruları qalır, nə fabrikalar, nə strateji əhəmiyyətə malik obyektlər, nə də dəmir yolu. Beləliklə də, cəfəngiyatlar danışmasın və özünü Napoleon yerinə qoymasın. Bütün dünya ona gülür. Bəli, silahlanmışdır, lakin qorxacaq heç neyimiz yoxdur”,-deyə general-leytenant qeyd etdi.

Norat Ter-Qrigoryan əminliklə vurğulayıb ki, Ermənistanın elə ordusu var ki, müharibə üçün lazımi vasitələrə malikdir. Xalq da öz ölkəsini müdafiə etməyə hazırdır.

“Nikol Paşinyan bu vəziyyətdə özünü çox bacarıqlı göstərir. O, Əliyevdən fərqli olaraq özünü Azərbaycan və azərbaycanlılara qarşı nifrət təbliğatı ilə məşğul etmir. Azərbaycanda ana bətnindən çıxan körpəyə “erməni sənin düşmənindir” deyirlər. Əliyevə Artsaxın yeni seçilmiş Prezidenti Arayik Harutyunyan da layiqli cavab verib. Bəli, onun dediyi kimi, heç kimin bizimlə güc dilində danışmaq hüququ yoxdur”.

Daha çox göstər
Back to top button