
Ermənistanın İctimai Radiosu “Armenpress”-ə istinadən xəbər verir ki, Paris meriyasının rəsmi saytının məlumatına əsasən, Parisin meri Ani İdalgo Anuş Toranyanı Paris merinin müavini təyin edib.
Anuş Toranyanın Paris meri ilə yaxın əlaqlələri var. Anuş Toranyan Fransadakı erməni icmasının fəal şəxslərdən biridir. O, Ermənistan üçün bir sıra yardım proqramlarında iştirak edib və Fransadakı Ümum Erməni Xeyriyyə Birliyinə rəhbərlik edib.