Başlıcaİctimaiyyət

Azərbaycanda koronavirusa yoluxanların sayı 20 mini ötdü

Azərbaycanda 523 yeni koronavirus infeksiyasına yoluxma qeydə alınıb, 451 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 9 nəfər vəfat edib.

Bu barədə ölkənin Nazirlər Kabineti yanında Operativ Qərargahının məlumatında bildirilir.

İndiyədək ümumilikdə 20 324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 11 742 nəfər müalicə olunaraq sağalıb, 250 nəfər vəfat edib. Hazırda 8 332 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 722, ötən müddət ərzində isə ümumilikdə 516 533 test aparılıb.

Daha çox göstər
Back to top button
Close