Başlıcaİctimaiyyət

Azərbaycanda media işçiləri arasında koronavirus yoluxanların sayı artır

Azərbaycan Dövlət Televiziyasının iki əməkdaşı – Fikrət Adıgözəlov və Rövşən Binnətli koronavirusa yoluxub.

Onlar hər ikisi “İdman Azərbaycan” kanalında işləyirdilər və idman yarışlarından telereportajları ilə məşhurdurlar.

AzTV-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Adıgözəlov və Binnətlinin testlərinin müsbət nəticə verdiyini və onların xəstəxanaya yerləşdirildiyini təsdiq ediblər.

Telekanal əməkdaşları növbəli iş rejiminə keçirilib. Pandemiya başladığı gündən etibarən işə çıxan əməkdaşların sayı 3 mindən 1 minə qədər, son günlər isə daha da azaldılıb.

Ötən həftə dövlət televiziyasının iki əməkdaşı koronavirusdan dünyasını dəyişib.

“Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Mirşahin Ağayev koronavirus da infeksiyasına yoluxub. 

Qafqazinfo-nun məlumatına görə, hazırda Mirşahin Ağayev xüsusi rejimli xəstəxanaya yerləşdirilib, həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildirib.

Daha çox göstər
Back to top button