BaşlıcaEkonomika

Enerji infrastrukturunun yenidən qurulması və yenilənməsi üçün yarım milyard dollardan çox vəsait ayrılacaq

Enerji infrastrukturunun yenidən qurulması və yenilənməsi üçün yarım milyard dollardan çox vəsait ayrılacaq. Bunu öz Facebook səhifəsində ER Baş naziri Nikol Paşinyan yazıb.

Aşnakdakı 220 kilovatlıq yarımstansiyanın yenidən qurulması və yenilənməsi işləri yaxında başa çatacaq. Təxminən 10 miyon dollar ayrıldı. Bu infrastrukturların modernləşdirilməsi Ermənistanda energetik təhlükəsizliyə və stabil enerji təchizatın təmin edilməsinə töhfə verəcəkdir.

Ərazi İdarəetmə və İnfrastrukturların Energetika şöbəsinin müdiri Tigran Melkonyanın sözlərinə görə, infrastrukturlar sahəsinə 550-600 milyon dollarlıq yarımstansiyaların yerüstü xətlərin çəkilməsi üçün investisiya qoyulacaq. Keçən il “Hağtanak” yarımstansiyasının yenidənqurma işləri başa çatmışdır. “Şinuhayr”, “Aqarak-2”, “Vanadzor-1” yarımstansiyalarında da işlər görülür. “Ararat-2”, “Zovuni” və “Lichk” da sıradadır.

Daha çox göstər
Back to top button
Close