Başlıcaİctimaiyyət

Ermənistnda daha 330 nəfərdə koronavirus aşkarlanıb

Ermənistanda son sutka ərzində koronavirusa yoluxma hallarının sayı daha 330 nəfər artaraq 28 936 nəfərə çatıb.

Bu barədə ER Milli Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzinin saytında bildirilib.

Son bir gündə Ermənistanda 7 nəfər virusdan ölüb. Bununla da ölkədə COVID-19 qurbanlarının ümumi sayı 491-ə çatıb.

Qeyd olunub ki, virusa yoluxan 16 302 pasiyent sağalıb. Hazırda 11 984 nəfər infeksiyadan müalicə olunur.

Ermənistada indiyə qədər 123 815 nəfər testdən keçirilib.

Daha çox göstər
Back to top button
Close