BaşlıcaSiyasət

Levon Shirinyan: “Azərbaycanlılar rusları onları düşmən hesab etdikləri üçün öldürdülər” (video)

“İnfoteka 24”-ün verdiyi məlumata görə,erməni politoloq, siyasi elmlər doktoru Levon Şirinyan “HAYASA” mədəniyyət mərkəzinə verdiyi müsahibədə, Azərbaycanın müdafiə naziri Zakir Həsənovun son zamanlar Azərbaycanın özündə səs-küyə səbəb olan qalmaqallı açıqlamalarını şərh etdi.

Şirinyanın sözlərinə görə, Həsənov hətta hərbi və kadr zabiti olmasa belə , özünü elə aparır, sanki “təbliğat naziri”-dir danışan. Həsənov strategiya haqqında heç nə başa düşmədiyi halda Azərbaycan qoşunlarını tərifləyir. Müdafiə nazirliyinin rəhbəri bununla da sadəcə, Azərbaycanın başçısı İlham Əliyevi qarşısında yaltaqlıq edir.

O, Azərbaycanın ən yaxşı silah istehsal etdiyini də söylədi. Belə olan halda sual yaranır, yaxşı, bu belədirsə bəs niyə Bakı bu qədər silah alır? Tarixə nəzər salsaq, Şirinyan 80-ci illərin sonu – 90-cı illərin əvvəllərində Azərbaycan şəhərlərindəki qarışıqlıqlardan sonra ziyalı əhalinin – sağ qalan ermənilər və yəhudilərin ölkəni tərk etdiklərini xatırlatdı.

 Bu günsə Azərbaycanda bu yüksək “keyfiyyətli silahlara” xidmət edə biləcək intellektual resursu, mühəndis heyəti yoxdur.

Şirinyan, Azərbaycanın təcavüzkarlığının əsas təməli olmadığı qənaətinə gəlir, onlar pantürkist olaraq qalmaqdadır və strateji  nöqteyi-nəzərincə onları məhv etmək çox asandır. Və burada Məxməri inqilabın, orduda islahatların və komandanlığın tərkibindəki dəyişikliklərin xatırlanması son dərəcə vacibdir. Nəticədə, bu gün Ermənistanın Azərbaycanla müqayisədə bir sıra üstünlükləri var.

Bakıdan silah-sursat hazırlamağa gəlincə, ekspert silahların təkcə Ermənistana deyil, Rusiya və İrana qarşı əldə edildiyini əmin edir. Bu çərçivədə, Şirinyan, 1918-ci ildə rus qoşunlarının geri çəkildiyi zaman Azərbaycan ordusunun Gandzakda (Gəncə) iki gün ərzində yalnız rus olduqları və buna görə düşmən olduqları üçün tamamilə məhv olunduqlarını xatırlatdı. Mütəxəssis əmindir ki, düşmənin bu tendessiyası bu günə qədər davam etməkdədir.

Daha çox göstər
Back to top button
Close