
İyunun 28-dən iyulun 4-dək olan müddətdə rəqib tərəf Artsax və Azərbaycan silahlı qüvvələrinin münaqişəli təmas xəttində atəşkəs rejimini 200 dəfədən çox pozmuşdur.
Erməni mövqeləri istiqamətində müxtəlif çaplı odlu silahlardan 2 minə yaxın atəş açılmışdır.
Müdafiə Ordusunun ön dayaq mövqeləri əsasən cavab tədbirlərindən uzaq qalaraq döyüş mövqelərinin müdafiəsini fədakarlıqla davam etmişlər. Bu haqda Artsax Respublikası Müdafiə nazirliyinin mətbuat xidməti məlumatlandırıb.