BaşlıcaSiyasət

Sərhəddə dalğalanan ER və RF bayraqları müttəfiq münasibətlərimizin simvoludur: Armen Sarkisyan

Ötən həftə sonu, Ermənistan Respublikasının Prezidenti Armen Sarkisyan Ermənistanın dövlət sərhəddini ziyarət etdi, 1992-ci il sentyabrın 30-də imzalanmış Ermənistan və Rusiya dövlətlərarası sazişinə uyğun olaraq Ermənistan Respublikasının Türkiyə və İranla dövlət sərhəddinə nəzarət edən Rusiya sərhəd qoşunlarında oldu. Bu barədə “Armenpress” ə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı Sərhəd Mühafizə İdarəsinin rəisi, general-leytenant Roman Qolubitski sərhəddəki vəziyyət, sərhədçilərin əməliyyat-xidməti fəaliyyəti, sərhəd kəndlərinin sakinləri və erməni tərəfdaşlarla sıx əməkdaşlıq barədə məlumat verdi.

“Rusiya Federasiyasının Ermənistandakı FTX Sərhəd Mühafizə İdarəsi qarşıya qoyulan problemləri uğurla həll edir”- deyə Prezident Armen Sarkisyan vicdanlı xidmətinə görə təşəkkür edərək sərhədçilərə uğurlar arzuladı.

Prezident Sarkisyan dövlət sərhədində dalğalanan Ermənistan və Rusiyanın dövlət bayraqlarının qarşılıqlı etimada söykənən dostluq və müttəfiq münasibətlərimizin simvolu olduğunu qeyd etdi.

Prezident Sarkisyan və xanımı Nune Sarkisyan Nor Şen (Xarkov) kəndinə baş çəkiblər (ordan qədim Ermənistanın paytaxtı Ani xarabalıqlarının görünür). Onlar kəndin yeganə sakini, nənə Vahandukht ilə söhbət etdilər.

Daha çox göstər
Back to top button