BaşlıcaTəhlil

Artsaxdan bəyanat – Azərbaycan dağılmaqdan qorxur

İyulun 4-də Artsax XİN 1992-ci il hadisələri, xüsusilə də Azərbaycanın təcavüzü nəticəsində Martakertin çokməsi ilə bağlı bəyanat yaydı. Bəyanatda qeyd olunur ki, bir il sonra erməni qüvvələri Martakerti azad edə bildi. Eyni zamanda, Artsax XİN vurğulayır ki, rayonun bir hissəsi, Martuni rayonunun bir hissəsi və Şahumyan rayonu hələ ki, Azərbaycan işğalının altındadır. Rəsmi Stepanakert qeyd edir ki, Artsax Respublikası öz işğal edilmiş ərazilərinin qaytarılması məsələsi iə məşğul olmağa ddavam edəcəkdir.

İyulun 4-də Artsax XİN-dən edilmiş bəyanatı Ermənistan Xİ nazirinin Artsaxa səfəri ilə üst-üstə düşdü. ER Xİ naziri ilə görüşdə Artsax Prezidenti deyib ki, danışıqlarda Artsaxın iştirakı olmadan hər hansı irəliləyiş ola bilməz. Nazir Mnatsakanyan da qeyd etdi ki, Artsaxın iştirakı, öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi və Artsaxın təhlükəsizlik sisteminin stabilləşdirilməsi məsələləri prioritetdir.

Danışıqlarda Artsaxın subyektivlik məsələsini Yerevan məxməri inqilabdan dərhal sonra irəli sürüb. Həmsədrlər bəyan etdi ki, bu məsələ münaqişə tərəflərinin razılığı ilə həll olunmalıdır. Bakı Artsaxı danışıqlar masasında görmək istəmir. Digər tərəfdən də, ddiqqətəlayidir ki, azərbaycanlılar buna hazırlaşırlar və sözdə “azərbaycanlı icması”-nı fəallaşdırmağa çalışırlar.

Yerevan da buna cavab olaraq seçki və mandat prinsipini irəli sürüb. Yəni, Artsax ictimaiyyəti Artsax hakimiyyətinə mandat verib, sözdə “azərbaycanlı icması” isə, illər boyunca Azərbaycan seçkilərində iştirak edərək İlham Əliyevə mandat verir. ER Baş naziri Nikol Paşinyan da “Əliyev bu “icmanı” təmsil etmirsə, başqa kimləri təmsil etmir?” deməişdi.

Azərbaycan içində mövcud olan etnik konfliktləri nəzərə alsaq, Əliyev üçün bu çox incə mövzudur.

Artsaxın iştirak məsələsinə gəlincə, Əliyevin həyəcanı başqadır. Məhz Artsaxın hüquqları mövzusu da Artsax XİN bəyanatında vurğulanırdı. İndiyədək nizamlanma prosesi yalnız Artsaxın bir hüququ, yəni öz müqəddəratını təyin etmək hüququ ilə gedirdi. Ancaq, Artsaxın danışıqlar masasında iştirakı ilə hüquqarın böyük bir paketi də prosesə girər və bu güclərin balansını dəyişdirəcəkdir. Bu da öz növbəsində Azərbaycanda yaşayan müxtəlif millətlər üçün presedent ola bilər. Bu səbəbdən də Bakı danışıqlarda Artsax iştirakından qorxur.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button