
ER Milli Təhlükəsizlik xidməti xarici ölkə dövlətlərinin xüsusi xidmətlərinin kəşfiyyatı dağıdıcı fəaliyyətinə qarşı mübarizədə və informasiya təhlükəsizliyi sahəsində ER qanunuyla özünə həvalə olunan prosesslər və səlahiyyətlərini həyata keçirməkdə ardıcıl olaraq, Azərbaycanın xüsusi xidmətlərinin cinayətkar niyyətlərini aşkar etməyi davam edir.
Həmçinin internetin müxtəlif platformlarında azərbaycanlı istifadəçilər tərəfindən ardıcıl xarakter daşıyan antierməni və ER Silahlı qüvvələri təhqir etməyə istiqamətlənmiş aksiyalara əks təsir göstərməyi davam etməkdədir. “Armenpress”in verdiyi məlumata görə, ER MTX mətbuat mərkəzinin yaydığı informasiyada bildirilir:
“Sözügedən istiqamətdə həyata keçirilən əməliyyat-istintaq tədbirləri zamanı alınan məlumatlara görə, Azərbaycan Respublikasının xüsusi xidmət orqanlarının tipik ibtidai iş üslubuna özlərinə xas olan iş tərzinə sadiq qalan və müasir informasiya texnologiyalarının imkanlarından istifadə edən “peşəkar kəşfiyyatlar”davam edir. Xaricdə yaşayan ermənilərin adından saxta səhifələr qeyd edib, onların çoxlarını biznesmen xeyirxahlar, yaxud ER SQ keçmiş hərbi qulluqçuları kimi təqdim olunur , erməni hərbi qulluqçularının doğmalarıyla münasibət qurur və onlardan hərbi xarakterli informasiyalar əldə etməyə çalışır.
Azərbaycan Respublikası xüsusi xidmət orqanlarının hərəkətləri o qədər eyniməzmunlu və primitivdir ki, ER Silahlı qüvvələrinin hərbçiləri-istifadəçiləri az qala ilk ifadədən başa düşürlər ki, azərbaycanlı “güclü casus” ilə münasibət qurmaq istəyən və onlarla əlaqə qurmurlar və bu haqda dərhal müvafiq qurumlara məlumat verilir.
Buna baxmayaraq, ER Silahlı qüvvələrində hələ də hərbçilər var, o cümlədən komandanlıq heyətinin dairəsində , onlar sadəlöhvlüklə düşünür ki, öz keçmiş silahdaşlarıyla yaxud tabeliyində olanlarla ünsiyyət qurur yazışmalar ərzində hərbi xidmətə dair məsələləri müzakirə edir.
Keçirilən əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan xüsusi xidmət orqanlarının işçi-istifadəçisinin “Facebook”sosial şəbəkəsində qeydiyyatdan keçmiş uydurma səhifə (saxta) vasitəsilə yüksək vəzifəli məmurla yazışma qurduğu məlum olub. ER Silahlı qüvvələrinin yüksək rütbəli zabiti ilə əlaqə qurur və ER SQ –nə dair informasiyalar qoparmağa çalışır.
Milli Təhlükəsizlik xidməti bir daha Ermənistan vətəndaşlarını, xüsusən hərbçiləri sosial şəbəkələrdə naməlum istifadəçilərlə ünsiyyətdən çəkinməyə və hərbi xidmət məsələlərini müzakirə etməməyə çağırır”.