Başlıcaİctimaiyyət

Azərbaycanda koronavirus xəsətələrinin sayı 20 837-yə çatdı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 513 yeni yoluxma faktı qeydə alınıb, 440 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 8 nəfər ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilir.

İndiyədək Azərbaycanda ümumilikdə 20 837 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 12 182 nəfər müalicə olunaraq sağalıb, 258 nəfər vəfat edib, 8 397 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 240, ötən müddət ərzində isə ümumilikdə 522 773 test aparılıb.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button